İlham Əliyev İranın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

04 iyul 2012, 15:15
İlham Əliyev İranın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Prezident İlham Əliyev İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı Məhəmmədbağır Bəhramiyə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirdi.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo