Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun rəsmi qarşılanma mərasimi olmuşdur

05 iyul 2012, 10:10
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun rəsmi qarşılanma mərasimi olmuşdur

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verdi.

Avropa İttifaqının və Azərbaycanın himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Herman Van Rompuya, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri

Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00