İlham Əliyev Misirin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

17 avqust 2012, 13:00
İlham Əliyev Misirin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Saber Mansuru diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı səfir Saber Mansurun Azərbaycandakı diplomatik fəaliyyətini yüksək qiymətləndirdi, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Saber Mansura gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Saber Mansur Azərbaycandakı diplomatik fəaliyyətindən məmnun qaldığını dedi. Diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə böyük uğurların əldə olunduğunu vurğulayan misirli səfir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.