19:05
“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11 avqust 2010, 18:12
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər)” həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
3.1. Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsi ilə açıqlanması qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 avqust 2010-cu il
19:05
18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:0015:50
14:16
14:14
12:43
11:13
11:11
17:55
Hörmətli Forum iştirakçıları!
Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə...
15 may 2024, 17:5516:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...
15 may 2024, 16:0011:02
10:13