İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

16 avqust 2022, 11:30
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun etimadnaməsini qəbul edib.

Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Tobias Lorentzson dedi: Cənab Prezident, İsveç Kralı tərəfindən imzalanan, mənim Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməyim ilə bağlı etimadnaməni və sələfimin geri çağırılması haqqında məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Cənab Prezident, icazə verin, Əlahəzrət Kralın dostluq və dərin ehtirama dair zəmanətini Sizə yenidən çatdırım.

Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz, cənab səfir və xanım. Sizi görməyimə çox şadam. Sizdən xahiş edirəm, mənim də salamlarımı Kral həzrətlərinə çatdırasınız. Sizə Azərbaycandakı fəaliyyətinizdə uğurlar arzu edirəm. Ümid edirəm ki, iş qrafikiniz sıx olacaq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edəcək və bir çox yeni sahələri əhatə edəcək. Biz baxmalıyıq ki, hansı sahədə maksimum nəticə əldə etmək olar. Hesab edirəm ki, biz diqqətimizi əməkdaşlığımızın praktiki məsələlərinə yönəltməliyik - qarşılıqlı ticarətin səviyyəsini necə artıraq, sərmayə qoyuluşu və müxtəlif layihələrin icrası.

Dövlətimizin başçısı daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə və ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağına ümidvar olduğunu bildirdi. Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan Prezident İlham Əliyev bu əlaqələrin uğurla inkişaf etdiyini dedi, əməkdaşlığın son zamanlar yeni mərhələyə qalxaraq təkcə energetika sahəsini deyil, eləcə də nəqliyyat dəhlizləri, ticarət, investisiya və digər sahələri də əhatə etdiyini məmnunluqla bildirdi və bunun da öz növbəsində Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin inkişafı üçün yaxşı zəmin yaradacağını vurğuladı.

Azərbaycanda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Tobias Lorentzson dedi: Mən ikitərəfli münasibətlərimizin gücləndirilməsinə töhfə vermək arzusundayam. Sizin də qeyd etdiyiniz kimi, buraya ticarət və sərmayə qoyuluşu daxildir və mən ümid edirəm ki, ölkələrimiz arasında daha sıx biznes təmaslarını təşviq edə biləcəyəm. Həmçinin buraya dayanıqlı biznes həlləri də daxildir. Eyni zamanda, ümid edirəm ki, insanlar arasında ünsiyyətin və ölkələrimiz arasında təmasların artırılmasına nail ola biləcəyəm. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin də vacib aspektlərindəndir.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32