İlham Əliyev Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsini qəbul edib

25 avqust 2022, 11:50
İlham Əliyev Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə yaxşı təmasların mövcud olduğunu bildirərək, Koreya Parlamenti sədrinin Azərbaycana səfərini məmnunluqla xatırladı və So Byoq Sunun səfərinin də əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd etdi.

Prezident İlham Əliyev Koreya şirkətlərinin uzun illər Azərbaycanda çox uğurla fəaliyyət göstərdiklərini, bir neçə önəmli sənaye layihəsini icra etdiklərini və inşaat sektorunda da çox fəal olduqlarını, Bakının bir neçə “göydələn”inin memarlığının da Koreya şirkətləri tərəfindən təqdim edildiyini dedi.

Dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrin daha da fəalllaşmasının zəruriliyini bildirdi, parlamentlərlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafında rolunu vurğuladı.

Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda dağıntılar, vandallıq aktları törətdiklərini, şəhərlərimizi və kəndlərimizi tamamilə məhv etdiklərini bildirdi, hazırda həmin ərazilərdə Azərbaycanın genişmiqyaslı bərpa və yenidənqurma layihələrini həyata keçirdiyini dedi, Koreya şirkətlərinin müasir texnologiyalar vasitəsilə bu işlərə töhfə verə biləcəyini qeyd etdi.

So Byoq Sun Koreya Respublikasının Prezidenti Yun Sok Yolun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Koreya Prezidenti Azərbaycana böyük marağının olduğunu vurğulayıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş etdi.

Bundan əvvəl 2009-cu ildə ölkəmizə səfər etdiyini bildirən So Byoq Sun paytaxtımızda gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat hissi doğurduğunu dedi, Azərbaycanın qazandığı nailiyyətlərlə bağlı dövlətimizin başçısını təbrik etdi.

So Byoq Sun Prezident İlham Əliyevin ölkənin inkişafı naminə göstərdiyi böyük səyləri Koreyanın keçmiş prezidenti Park Çunq Hinin fəaliyyəti ilə müqayisə etdi. O dedi ki, Park Çunq Hi məhz xalqın gücünə güvənərək Koreyanı çox inkişaf etmiş ölkəyə çevirib.

Sonra So Byoq Sun Koreya Prezidentinin məktubunu dövlətimizin başçısına təqdim etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32