İlham Əliyev Dominikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

25 avqust 2022, 12:20
İlham Əliyev Dominikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Dominikan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elvis Antonio Alam Loranın etimadnaməsini qəbul edib.

Elvis Antonio Alam Lora etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ikitərəfli əlaqələrə toxunaraq, İkinci Qarabağ müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı siyasi hücumlar fonunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Dominikan Respublikasının ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququnun BMT Təhlükəsizlik Şurasının bəzi üzv dövlətləri tərəfindən pozmaq cəhdinin qarşısı Dominikan Respublikası və Təhlükəsizlik Şurasına üzv olan bir sıra dövlətlərin qəti mövqeyi sayəsində alınıb. Dövlətimizin başçısı, eyni zamanda, Dominikanın Qoşulmama Hərəkatında da Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini dəstəkləyən bir ölkə olduğunu məmnunluqla vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılması, COVID-19-la, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Gənclər təşkilatının yaradılması ilə bağlı təşəbbüslərinin Dominikan tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu dedi, eyni zamanda, ticari və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsi yollarının da müəyyənləşdirilməsinin zərurliyini bildirdi.

Səfir, ilk növbədə, Dominikan Respublikasının Prezidenti Luis Abinaderin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Dominikan Prezidentinə çatdırmağı xahiş etdi.

Səfir qeyd etdi ki, Azərbaycan kimi çox gözəl ölkəyə səfərindən və Dominikanın Azərbaycana ilk səfiri təyin olunmasından məmnunluq duyur. Elvis Antonio Alam Lora ölkəmizlə ticarət, turizm sahələrində və digər sahələrdə dinamik əlaqələrin qurulacağına ümidvar olduğunu vurğuladı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32
SƏNƏDLƏR Fərmanlar 01 may 2024
14:30
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

01 may 2024, 14:30