10:28
İlham Əliyev İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb
02 sentyabr 2022, 13:40Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və ərazilərimizin işğaldan azad edilməsi münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.
Nazir işğaldan azad edilən ərazilərimizdə hazırda bərpa-yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən məmnunluğunu bildirdi.
Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olundu.
10:28
12:14
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı...
29 aprel 2024, 12:1412:12
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra...
29 aprel 2024, 12:1212:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul...
29 aprel 2024, 12:1012:08
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan...
29 aprel 2024, 12:0812:06
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1....
29 aprel 2024, 12:0612:04
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar...
29 aprel 2024, 12:0412:02
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci, 16-cı və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan...
29 aprel 2024, 12:0212:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...
29 aprel 2024, 12:0011:10
10:06
22:34
Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Antoni Blinken, ilk növbədə, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma...
28 aprel 2024, 22:34