İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

07 dekabr 2022, 12:25
İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirdi və bu əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin inkişafında rolunu qeyd etdi. Rusiya ilə ikitərəfli münasibətlərin 2022-ci ildə də uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğuladı. Azərbaycanla Həştərxan vilayəti arasında ənənəvi qonşuluq əlaqələrinin mövcudluğuna toxunan dövlətimizin başçısı əməkdaşlıqla bağlı planların həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən İqor Babuşkin Rusiya Federasiyasının Həştərxan vilayətinin ölkəmizlə əməkdaşlığının uğurla davam etdiyini deyərək, bu ilin 9 ayının nəticələrinə əsasən, yükdaşımalarının 4 dəfə artmasını əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirdi, eyni zamanda, ixrac və idxal məhsullarının çeşidinin genişləndiyini diqqətə çatdırdı. Qonaq Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğulayaraq Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsi işinə töhfə verdiyini məmnunluqla qeyd etdi.

Görüşdə Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, gələn il Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı Həştərxanda bir sıra tədbirlərin keçiriləcəyi bildirildi.

Söhbət zamanı humanitar sahədə əməkdaşlıq məsələləri də müzakirə olundu.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32