08 sentyabr 2012, 15:55

Yaşar Şəmilovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

İcazə verin, Sizi təbrik edim. Siz bizim humanist, müdrik Prezidentimizsiniz. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə gətirilməsi və əfv olunması Sizin müdrikliyiniz, humanistliyinizin daha bir təsdiqidir. Mən fəxr edirəm ki, xalqımızın Sizin kimi cəsarətli, qətiyyətli Prezidenti vardır. Şəxsən mən başqa bir dövlətdə ömürlük həbs cəzası çəkən bir azərbaycanlının nəinki azadlığa buraxılacağına, onun heç ekstradisiyasına da inanmırdım. Amma Siz müdrik siyasətinizlə sübut etdiniz ki, bu mümkündür. Bu addımınız Sizin xalqımızı daha böyük qələbələrə çatdıracağına inamımızı artırmışdır. Cənab Prezident, xalqımız Sizin arxanızdadır, Sizi dəstəkləyir, Sizi alqışlayır. Siz hər bir işinizdə ölkəmizə, dövlətimizə şərəf gətirirsiniz. Həmişə şərafətli olasınız. Mən Sizinlə fəxr edir, qürur duyuram.

Hörmətlə,

Yaşar Şəmilov, Şimal Regional Futbol Federasiyasının prezidenti, əməkdar məşqçi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.