08 sentyabr 2012, 16:10

Kamal Əliyevdən, Saatlı, Azərbaycan

Çox hörmətli Prezident!

Sizin Macarıstan həbsxanasında cəza çəkən soydaşımız Ramil Səfərovla bağlı verdiyiniz əfv Sərəncamı biz Saatlı rayonunun Qaranur kənd mədəniyyət evinin işçilərinin hədsiz sevincinə səbəb olmuşdur. Bu nəcib əməlinizlə bir daha sübut etdiniz ki, doğrudan da Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Sizin əzmkarlığınız qarşıya qoyulmuş hər bir məqsədə çatmaq üçün böyük imkanlar yaradır. Sizə başladığınız bütün işlərdə uğurlar arzu edirik.

Hörmətlə,

Kamal Əliyev,

Azərbaycan Respublikası, Saatlı rayonu.