08 sentyabr 2012, 16:40

Kamal Həsənlidən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezidentimiz!

Ordumuzun zabiti Ramil Səfərovu əfv etməyinizlə bağlı humanist qərarınız hamımızı sevindirdi. Ramil Azərbaycan torpağına məhkum şəxs kimi deyil, azad Azərbaycan vətəndaşı kimi qədəm qoydu. Avqustun 31-də hamı təbrikləşirdi. Bilənlər bilməyənlərə xəbər verərək deyirdi: Prezidentimiz Ramili əfv etdi. Bu, elə bir cəsarətli addım idi ki, bunu ancaq Sizin kimi qətiyyətli, yenilməz iradəli Prezident ata bilərdi. Ramilin Vətənə qaytarılmasında Sizin şəxsi nüfuzunuz mühüm rol oynamışdır. Biz qürurlu, cəsarətli, qətiyyətli Prezidentimizlə fəxr edirik.

Hörmətlə,

Həsənli Kamal Yaşar oğlu.
Azərbaycan Respublikası, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi.