İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib

07 mart 2023, 17:35
İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

İlk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdıran Vu Honqbo Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini məmnunluqla xatırladı.

Qonaq bildirdi ki, Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında ölkəmizin iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar onlarda böyük təəssürat hissi doğurur.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı özünün Çinə rəsmi səfərini, bu səfər zamanı və beynəlxalq tədbirlərdə Çin Xalq Respublikasının Sədri ilə görüşlərini xatırlayaraq bildirdi ki, Si Cinpinin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırmasından böyük məmnunluq hissi duyur.

Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğuladı, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirdi və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini dedi. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev COVID-19 pandemiyası zamanı Çin Xalq Respublikasının Sədrinə göndərdiyi məktubu xatırladaraq Çinin ölkəmizə vaksinlər ayırmasını və bunun nəticəsində Azərbaycanın dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğunu xüsusilə qeyd etdi, bunu ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirdi, bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini dedi.

Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verdi. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edildi.

Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olundular.

Qonaq Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd etdi.

Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı onun səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq dünya səviyyəsində tanınmış mərkəzlərdən biri olduğunu qeyd etdi, burada beynəlxalq sülh və təhlükəsizlik gündəliyində duran çox vacib müzakirələrin aparıldığını dedi və Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzuladı.

Görüşdə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafı üçün böyük imkanların olduğu bildirildi, media, elm-tədqiqat mərkəzləri və insanlar arasında təmasların artırılmasının vacibliyi vurğulandı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32