08 sentyabr 2012, 19:10

Elçin Şıxıyevdən, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident!

Dövlətimizin bayrağını təhqir etməklə, milli mənliyimizə və qürurumuza sataşmaqla zabitimizi affekt vəziyyətinə gətirən düşmənimiz ermənini cəzalandırdığına görə ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun uzun müddət Macarıstan həbsxanasında olması hər bir vicdanlı azərbaycanlının qəlbini əzirdi. Siz Ramil Səfərovu Azərbaycana gətizdirərək azadlığa buraxmaqla bizi iztirabdan qurtardınız. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin bu humanist qərarınız bütün Azərbaycan xalqı kimi biz mədəniyyət işçilərini də sevindirir. Bütün xalqımız sevinc içindədir. Bu münasibətlə kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə başladığınız bütün işlərdə uğurlar diləyirik.

Hörmətlə,

Elçin Şıxıyev, mədəniyyət sarayının direktoru.

Azərbaycan Respublikası, Saatlı rayonu