08 sentyabr 2012, 19:20

1 nömrəli orta məktəbin kollektivindən, Tərtər, Azərbaycan

Cənab Prezident!

Tərtər şəhər 1 nömrəli orta məktəbin kollektivinin yeni dərs ili ərəfəsində sevincinin həddi-hüdudu yoxdur. Tezliklə şagirdlərimiz sinif otaqlarına qədəm qoyacaqlar. Biz şagirdlərimizlə Sizin Ramil Səfərovu uzaq Macarıstandan Azərbaycana gətirdərək azad edilməsi barədə gördüyünüz işlərin timsalında vətənpərvərliyin, vətənsevərliyin, qeyrət və qətiyyətin nə olduğu barədə söhbətlər aparacağıq. Məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bundan gözəl nümunə ola bilməz. Siz Vətəni, vətəndaşı sevməyin nədən ibarət olduğunu bir daha sübut etdiniz. Sizə böyük işlərinizdə uğurlar diləyirik.

Hörmətlə,

Əsəd Məmmədov adına 1 nömrəli orta məktəbin pedaqoji kollektivi. 

Azərbaycan Respublikası, Tərtər rayonu.