08 sentyabr 2012, 19:25

Ə.Ş.Nəcəfovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun respublikamıza gətirilməsinə və onun cəzasının qalan hissəsindən azad edilməsi barədə verdiyiniz əfv Sərəncamına və bütövlükdə bu istiqamətdə gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Bu cəsarətli addım bir daha onu göstərir ki, Siz Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan kimi hər bir Azərbaycan vətəndaşının, əsgər və zabitin qayğısına qalırsınız.

Sizin bu humanist Sərəncamınız həm də düşmən qarşısında bütün Azərbaycan xalqının həmrəyliyi üçün şərəfli bir çağırışdır. Allah Sizi qorusun!

Hörmətlə,

Ə.Nəcəfov,

Qarabağ müharibəsi veteranı,
rayon Ağsaqqalar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.