08 sentyabr 2012, 19:35

Faiq Əbilovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm Prezident!

Biz Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzun bir daha şahidi olduq. Siz qeyrətli Vətən oğlu Ramil Səfərovu ölkəmizə gətizdirərək onu əfv etdiniz. Bu, iftixar və sevinc doğuran bir hadisədir. Sizin bu işiniz heç zaman unudulmayacaqdır. Ölkəmiz və xalqımız üçün gördüyünüz işlərin heç biri unudulmayacaqdır. Siz Azərbaycanı yenidən qurursunuz. Bu quruculuğun əyani təsdiqini biz Sumqayıt sakinləri də aydın görürük. Sumqayıt gündən-günə gözəlləşir, bir-birinin ardınca yeni, müasir zavodlar işə düşür, iş yerləri açılır. Bütün bunlar Sizin adınızla bağlıdır. Siz bizim qurucu Prezidentimizsiniz. Sizə bir daha minnətdarlığımızı bildiririk. 

Hörmətlə,

Əbilov Faiq Əli oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.