08 sentyabr 2012, 19:40

Qərənfil Cəfərovadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. Kəndlər, şəhərlər abadlaşır, yeni yollar salınır, təzə məktəblər tikilir. İndi elə sahə yoxdur ki, orada yeniliklər olmasın, islahatlar aparılmasın. Bunlar hamısı mümkün olan məsələlərdir.

Çünki, Sizin rəhbərliyinizlə Azərbaycan varlı dövlətə çevrilmişdir. Dövləti, varı olan ölkəmizdə bu işləri görmək mümkündür.

Əsas məsələ odur ki, Siz mümkün olmayan işi mümkün etmisiniz. Mən Ramillə bağlı məsələni nəzərdə tuturam. Başqa bir dövlətdə, məkrli erməni lobbisinin fitnə-fəsadı altında məhkumluq həyatı yaşayan qeyrətli Vətən övladının Azərbaycana gətirilməsi və dərhal da əfv olunması doğrudan da qəhrəmanlıqdır. Qəhrəman Prezidentimizə eşq olsun!

Hörmətlə,

Cəfərova Qərənfil Rəhim qızı.

Azərbaycan Respublikası, Goranboy rayonu, Goran qəsəbəsi.