10 sentyabr 2012, 10:40

Nadir Zeynalovdan, Bakı, Azərbaycan

Hörmətli Prezident!

Ordumuzun zabiti Ramil Səfərovu Vətənə gətirdiyinizə və əfv etdiyinizə görə Sizə ailəmiz adından təşəkkürümü bildirirəm.

Sizin humanistlik göstərərək atdığınız bu addım hamımızda qürur və fəxarət hissi doğurmuşdur. Bu qərarınız biz hərbçilərdə vətənpərvərlik ruhunu daha da yüksəltmişdir. Bu gün hərbçilərimiz Sizin hərtərəfli qayğınızla əhatə olunmuşlar. Hərbçi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizi yüksək qiymətləndiririk. Ramillə bağlı atdığınız addım Sizin – cənab Ali Baş Komandan Azərbaycan zabitinə olan diqqətinizin bariz nümunəsidir. Biz hərbçilər Sizi daim dəstəkləyirik və Azərbaycanın işğal altındakı rayonlarının azad edilməsinə hər an hazırıq.

Hörmətlə,

Zeynalov Nadir Həsən oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.