İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur

16 avqust 2010, 16:30
İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirildi. Bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlət başçıları Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfəsini verəcəyini vurğuladılar.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photogallery-photogallery-photo