Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 2469 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 iyul 2023, 15:47

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 838; 2007, № 8, maddə 769; 2013, № 11, maddə 1449; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2020, № 9, maddə 1185; 2022, № 12, maddə 1512; 2023, № 3, maddə 391) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından, preambulasının birinci abzasının birinci cümləsindən, ikinci abzasının birinci və üçüncü cümlələrindən və 1-ci hissəsindən “alternativ və” sözləri çıxarılsın;

1.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” üzrə:

1.2.1. adından “alternativ və” sözləri çıxarılsın;

1.2.2. “Giriş” hissəsinin birinci və altıncı abzaslarının birinci cümlələrində “alternativ (bərpa olunan)” sözləri “bərpa olunan” sözləri ilə, üçüncü abzasının üçüncü cümləsində, dördüncü abzasının ikinci cümləsində, altıncı abzasının üçüncü cümləsində “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin;

1.2.3. “1. Dövlət proqramının məqsədi və əsas vəzifələri” hissəsinin üçüncü abzasında “alternativ (bərpa olunan)” sözləri “bərpa olunan” sözləri ilə, altıncı abzasında “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin;

1.2.4. “2. Azərbaycanda alternativ (bərpa olunan) enerji potensialı” hissəsinin adında və 2.5-ci bəndinin üçüncü abzasında “alternativ (bərpa olunan)” sözləri “bərpa olunan” sözləri ilə, 2.1-ci bəndinin birinci abzasında “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin;

1.2.5. “Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə Tədbirlər” hissəsinin adında və 2 – 4-cü bəndlərində “Alternativ (bərpa olunan)” sözləri “Bərpa olunan” sözləri ilə, 6-cı bəndində “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2701; 2021, № 6 (I kitab), maddə 606; 2022, № 5, maddə 532, № 8, maddə 912; 2023, № 3, maddə 390, № 4, maddə 534) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 7.2.7.3-cü yarımbəndinin “Tədbirin adı” sütununda “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 135; 2022, № 7, maddə 791) ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5.2-ci bəndinin birinci abzasının birinci cümləsindən və ikinci abzasının ikinci cümləsindən “alternativ və” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2023-cü il 

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43