12:40
Türkmənistanın Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova
26 sentyabr 2023, 18:00Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qardaş Türkmənistan bu gün sosial-iqtisadi sahədə böyük uğurlara nail olmuş, hər cəhətdən çiçəklənən bir diyara çevrilmişdir. Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk.
Hazırda səmərəli əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır. İnanıram ki, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz, qarşılıqlı inam və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 sentyabr 2023-cü il
12:40
11:13
Hörmətli cənab Prezident,
Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı...
20 may 2024, 11:1310:00
Möhtərəm Ayətullah Xamenei həzrətləri,
Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər...
20 may 2024, 10:0012:00
11:00
10:55
15:30
15:25
15:10
14:34
14:10
13:20