12:40
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Eka Tkeşelaşvilidən
28 sentyabr 2023, 15:30Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Sizi gözəl ölkənizin öz suverenliyini bərpa etməsi kimi tarixi nailiyyət münasibətilə təbrik edirəm. Bu hadisə həm də tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan uzun illər işğaldan əziyyət çəkib, xeyli müddət yüz minlərlə vətəndaşınız öz evlərinə qayıda bilməyib.
Təqdirəlayiq haldır ki, dünyada qeyri-sabitliyin hökm sürdüyü bir vaxtda Sizin liderliyiniz və əzmkarlığınız sayəsində Azərbaycan suverenliyin və ərazi bütövlüyünün bərpa oluna, hüquqları pozulmuş insanların inamı özünə qaytarılmaqla işğala son qoyula və münaqişələrin həll edilə bilinəcəyi presedentini yarada bildi.
İşğalın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ehtiyacla üzləşdikləri böhranlı vaxtlarda Gürcüstan və Ukrayna kimi strateji tərəfdaşlara həmişə dəstək olub.
Sizin Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin edən, uğurlu multikultural və çoxmillətli cəmiyyət nümunəsi yaradan, eləcə də regional və qlobal təhlükəsizliyə töhfə verən siyasətinizin nailiyyətlərini görmək şərəfdir.
Sizə işlərinizdə uğurlar arzulayıram.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü
12:40
11:13
Hörmətli cənab Prezident,
Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı...
20 may 2024, 11:1310:00
Möhtərəm Ayətullah Xamenei həzrətləri,
Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər...
20 may 2024, 10:0012:00
11:00
10:55
15:30
15:25
15:10
14:34
14:10
13:20