04 noyabr 2023, 10:29

Telman Xanlarovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizə çox təşəkkür edirəm ki, verdiyiniz tapşırıqlar yerlərdə uğurla icra olunur və bunun sayəsində problemlərimiz öz həllini tapır.

Mən, Xocalı sakiniyəm, şəhid ailəsinin üzvüyəm. Bütün şəhid ailələri kimi, bizim ailə də dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Bu günlərdə müraciətim əsasında, qızım ixtisasına uyğun işlə təmin edilib. Bütün bunlar biz şəhid ailələri üçün böyük kömək olmaqla yanaşı, həm də bir təsəllidir.

Cənab Prezident, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etdiyiniz üçün Sizə bir daha təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Xanlarov Telman,

Şəhid ailəsinin üzvü, Xocalı sakini.

Azərbaycan Respublikası, Gəncə şəhəri.