23 noyabr 2023, 15:31

T.Əhmədov, A.Hüseynov və X.Əbdüləzimovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz uzun illərdir Gəncə şəhərinin Ə.Nəzmi küçəsində yaşayırıq. Bu müddətdə küçədə asfalt örtüyünün olmamasından çox əziyyət çəkmişik.

İşğaldan azad edilmiş ərazilərdə, eləcə də respublikamızın digər bölgələrində Sizin diqqət və qayğınız sayəsində quruculuq işləri uğurla davam etdirilməkdədir. Bu işlər çərçivəsində Gəncə şəhərində də mühüm işlər görülür. Bizim yaşadığımız küçəyə asfalt örtüyünün çəkilməsi lap ürəyimizcə oldu. Buna görə bütün sakinlər adından Sizə öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

T.Əhmədov,

A.Hüseynov,

X.Əbdüləzimov.

Azərbaycan Respublikası, Gəncə şəhəri.