24 noyabr 2023, 11:04

Asif Cavadovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz Prezident olduğunuz dövrdə xalqımızın rifahının yüksəlməsi, ölkəmizin sosial-iqtisadi inkişafı üçün çox işlər görmüsünüz. Sizin uğurlu siyasətiniz nəticəsində yağı düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edilib. Azərbaycan istər hərbi cəhətdən, istərsə də iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrilib. Xalqımız isə daha firavan yaşayan bir xalq olub. Bu, Sizin gərgin əməyinizin nəticəsidir.

Bu gün Sizin Gəncə əhalisinə göstərdiyiniz qayğının nəticəsidir ki, Gəncə şəhərində su-kanalizasiya sistemi tam şəkildə yenidən qurulub. Şəhərimizə göstərdiyiniz qayğıya görə, əziz Prezidentimiz, Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.

Cənab Prezident, Gəncə Dövlət Universitetinin çoxsaylı kollektivi həmişə Sizinlə olub, bundan sonra da Sizin siyasətinizi dəstəkləməyi özünün başlıca vəzifəsi hesab edir.

Hörmətlə,

Cavadov Asif,

Gəncə Dövlət Universitetinin dosenti, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Gəncə şəhəri.