22 noyabr 2023, 16:48

Fərqiyyə Teymurovadan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz hər zaman xalqımızı düşünür və bu istiqamətdə gördüyünüz işlər bütün dünyaya nümunədir. Son illərdə vətəndaşların sağlamlığının qorunması sahəsində həyata keçirdiyiniz islahatlar nəticəsində bütün vətəndaşlar yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunurlar.

Mən ürək və şəkər xəstəsiyəm. Müraciət etdiyim tibb müəssisələrində diqqət və qayğı görürəm. Aldığım müalicələrlə sağlamlığımın bərpa edildiyinə görə əvvəllcə Sizə, sonra isə həkimlərimizə minnətdaram.

İcbari tibbi sığortanın tətbiq edilməsi səhiyyə sistemində uğurlu islahatların mühüm istiqamətlərindən biri oldu. Görülən işlərin miqyası qürurvericidir.

Çox sağ olun, cənab Prezident. Hər zaman Allahın lütfündə, nəzərində olasınız.

Mən Sizinlə fəxr edirəm.

Hörmətlə,

Teymurova Fərqiyyə Teymur qızı

Azərbaycan Respublikası, Masallı rayonu, Binə Xocavar kəndi.