22 noyabr 2023, 17:50

Kəmalə İsmayılovadan, Samux, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin diqqət və qayğınızla gözəlləşən Gəncədə hər yer insanların üzünə gülür, al-əlvan gül-çiçəyə bürünərək göz oxşayır. Şəhər sakinlərinin ən çox üz tutduqları istirahət məkanlarında abadlıq işləri ilə yanaşı, əkilən yeni gül-çiçəklər qədim Nizami yurduna əlavə gözəllik, təravət gətirir.

Abadlıq işləri ilə yanaşı, yol infrastrukturunun yenidən qurulması, yeni iş yerlərinin açılması, gözəl parkların salınması sakinlərin və qonaqların ürəyindən xəbər verir. Gəncənin gözəlləşməsi onu sevənləri də sevindirir.

Hörmətlə,

İsmayılova Kəmalə Rəşid qızı

Azərbaycan Respublikası, Samux rayonu, Qarabağlı kəndi.