23 noyabr 2023, 11:15

Qaraxanlı kənd tam orta məktəbin müəllim kollektivi adından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Gündən-günə çiçəklənən, şan-şöhrətli Azərbaycanı hər kəs kimi biz də görür və Sizi hər vaxt dəstəkləyirik.

“Dəmir yumruq”lu Ali Baş Komandan, Sizin sayənizdə bu xalqın 30 illik Vətən həsrətinə son qoyuldu. Sızlayan könüllər şadlandı, qaysaqlayan yaralar sağaldı, ağlayan gözlər güldü. Bunlar bir günün, bir ilin işi deyil. Bunlar uzun illərin ağır zəhmətinin, dərin düşüncələrin, müdrik qərarların təntənəsidir.

Ulu Tanrı Sizi, Xalqımızı və Ordumuzu qorusun!

Hörmətlə,

Qaraxanlı kənd tam orta məktəbin müəllim kollektivi adından,

Nəsimi Ələkbərov,

Afət Sultanova,

Aidə Cəfərova.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.