İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

22 noyabr 2023, 17:12
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

Azərbaycan Prezidenti Baş katib Hissein Brahim Tahanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin 5-ci Konfransında iştirakının önəmini qeyd edərək onunla bundan əvvəlki görüşlərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirdi. İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd etdi.

Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini, o cümlədən quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı.

Azərbaycanın, eyni zamanda, Qoşulmama Hərəkatına dördillik uğurlu sədrlik etdiyini deyən dövlətimizin başçısı ölkəmizin sədrliyi dövründə təsisat çərçivəsində aparılan fəaliyyətlər barədə də məlumat verdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu günlərdə Bakıda dekolonizasiya mövzusuna həsr olunmuş mötəbər tədbirlərin keçirildiyini, ölkəmizin bu prosesə öz dəstəyini verdiyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də tarixən müstəmləkəçilikdən əziyyət çəkdiklərini, bu mövzunun təşkilatın gündəliyində saxlanmasının vacibliyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi, eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar təbriklərini çatdırdı.

Baş katib İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin dəstəklənməsini, Azərbaycanın könüllü maliyyə ianələrini çox yüksək qiymətləndirdi, bunun təşkilat üçün vacib olduğunu qeyd etdi. Hissein Brahim Taha qəbula, İslam Əməkdaşlıq Təşkilatının tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsinə və ölkəmizin maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin, o cümlədən Təşkilata üzv ölkələrin əmək nazirlərinin V konfransının və Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılmasının əhəmiyyəti qeyd olundu.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32