23 noyabr 2023, 17:40

Tərtər rayonunun Umudlu kəndinin sakinlərindən, Azərbaycan

Hörmətli cənab Prezident.

“Heydər Əliyev İli”ndə Sizin rəhbərliyinizlə suverenliyimiz tam bərpa olundu. Siz ata vəsiyyətini və Azərbaycan xalqına verdiyiniz vədləri yerinə yetirdiniz. Artıq Ulu Öndərin də, şəhidlərimizin də ruhu təskinlik tapıb. Çünki ərazilərimiz işğaldan tam azad olunub, terrorçulardan təmizlənib, Siz bu torpaqlarda Azərbaycanın üçrəngli bayrağını öz əllərinizlə ucaltmısınız. Nəhayət ki, yurd–yuvasından didərgin düşmüş azərbaycanlılar öz ocaqlarına, doğma yurda dönür, doğmalarının məzarlarını ziyarət edirlər.

Bu sevinci bizə yaşatdığınız üçün çox xoşbəxtik və Sizə kəndimizin bütün sakinləri adından minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə işğaldan azad olunan bütün ərazilərimizi tezliklə gülüstana döndərəcəyik.

Tanrı Sizi qorusun!

Umudlu kənd sakinləri adından hörmətlə,

Əzizov Tural

Səmədov Elnur

Səmədov Mahir

Abbasov Elməddin

Axundov Mobil.

Azərbaycan Respublikası, Tərtər rayonu, Umudlu kəndi.