İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

24 sentyabr 2012, 20:00
İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristovanın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Maya Xristova etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Fövqəladə və səlahiyyətli səfir xanım Maya Xristova Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin və Baş nazir Boyko Borisovun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu dedi. Xanım Maya Xristova Bolqarıstan Prezidenti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin enerji, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Dövlət başçısı Prezident Rosen Plevnelievin və Baş nazir Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00