“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 dekabr 2023, 15:56

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 15.1.15-4-cü, 16.1.11-13-cü (hər iki halda) maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində, 102.1.14.33-cü, 111.4-cü, 119.2-ci, 164.1.19-cu, 164.1.19-1-ci, 164.1.25-ci, 164.1.31-ci, 164.1.51-ci, 164.1.62-ci maddələrində və 175.13-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 164.1.51-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində, 15.1.15-4-cü, 16.1.11-13-cü (birinci halda) maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 102.1.14.33-cü, 111.4-cü, 119.2-ci, 164.1.25-ci və 164.1.31-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 175.13-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 13.2.82-ci maddəsinin üçüncü cümləsində, 16.1.11-13-cü (ikinci halda) maddəsində və 85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 164.1.19-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 164.1.19-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;

1.8. həmin Məcəllənin 164.1.62-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. fiziki şəxslərin binalara görə ödəməli olduğu əmlak vergisinin ödənilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini;

2.2.2. həmin Məcəllənin 15.1.15-4-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydasını;

2.2.3. həmin Məcəllənin 16.1.11-13-cü maddəsinə uyğun olaraq, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısını;

2.2.4. həmin Məcəllənin 85.6.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydasını;

2.2.5. həmin Məcəllənin 102.1.14.33-cü maddəsinə uyğun olaraq, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının məbləğini;

2.2.6. həmin Məcəllənin 111.4-cü maddəsinə uyğun olaraq, müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması qaydasını;

2.2.7. həmin Məcəllənin 119.2-ci maddəsinə uyğun olaraq, nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydasını;

2.2.8. həmin Məcəllənin 164.1.25-ci maddəsinə uyğun olaraq, idxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin siyahısını;

2.2.9. həmin Məcəllənin 164.1.31-ci maddəsinə uyğun olaraq, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısını;

2.3. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun 3.4-cü maddəsi nəzərə alınmaqla tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən bütün sifarişçilərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sisteminə qoşulmasını 2024-cü il iyulun 1-dək təmin etsin;

3.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585, № 12, maddələr 1398, 1425; 2022, № 1, maddə 22, № 12, maddə 1456; 2023, № 2, maddə 235, № 4, maddə 469, № 7, maddə 941, № 8 (I kitab), maddələr 1138, 1177, 1179) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissə üzrə:

4.1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci (hər üç halda), 13.2.52-ci, 13.2.53-cü, 13.2.58-ci, 13.2.72-ci, 13.2.78-ci (hər üç halda), 13.2.79-cu, 13.2.80-ci (hər iki halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 13.2.84-cü, 14.3.3-cü, 14-2.2-ci, 15.1.15-ci (hər iki halda), 15.1.15-4-cü, 16.1.3-1-ci (hər iki halda), 16.1.4-cü, 16.1.4-1-ci, 16.1.4-2-ci, 16.1.4-3-cü, 16.1.8-ci (hər iki halda), 16.1.11-ci, 16.1.11-11-ci, 16.1.11-12-ci (hər iki halda), 16.1.11-13-cü (hər iki halda), 16.6-cı (hər iki halda), 16.7-ci (hər iki halda), 16.8-ci maddələrində, 16.9-cu maddəsinin birinci cümləsində, 16.10-cu, 22-1.1-ci maddələrinin birinci (hər üç halda) və ikinci cümlələrində, 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 22-1.3-cü (hər üç halda) maddəsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.3-2-ci, 23.1.15-1-ci, 24.1.4-1-ci maddələrində, 24.1.6-cı maddəsinin ikinci cümləsində, 24.1.7-1-ci, 26.2-1-ci (hər iki halda), 27.2-ci, 28.3-cü, 30.6.5-ci, 30.6.8-ci, 30.6.9-cu (hər iki halda), 30.6.14-cü, 30.6.15-ci, 30.6.16-cı (hər iki halda), 33.2-ci, 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (hər üç halda), 33.8-1-ci, 33.10-cu maddələrində, 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsində, 35.1-ci, 35.5-ci (hər iki halda), 35.6-cı, 38.10-cu, 50-2.1-ci, 50-2.2-ci, 58.2-1-ci, 58.11-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 67-1.3-cü, 67-2.4-cü, 71-1.3-cü, 71-1.3-1-ci, 71-2.2-ci, 71-3.2-ci, 76.1-1-ci (hər iki halda), 77.5-ci (hər üç halda), 77.6-cı (hər üç halda), 77.7.2-ci, 77.7.3-cü maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 85.6.3-cü maddəsində, 85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində, 90.1-ci maddəsində, 90.3-cü maddəsinin birinci hissəsində, 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 90.3-1-ci, 98.2.7-ci, 101.1-4-cü maddələrində, 102.1.3.4-cü maddəsinin ikinci hissəsində, 102.1.4-cü, 102.1.14.15-ci, 102.1.14.33-cü, 102.1.17-ci, 102.1.21-ci, 102.1.28-ci, 102.1.29-cu (hər iki halda), 102.1.33-cü, 102.1.37-ci, 102.1.39-cu, 106.1.5-ci (hər iki halda), 106.1.9-cu, 106.1.10-cu, 106.1.12-ci, 106.1.13-cü, 106.1.18-ci (hər iki halda), 106.1.24-cü,106.1.28-ci, 106.1.31-ci, 106.1.32-ci, 108.4-cü, 108.5-ci, 111.4-cü, 119.2-ci, 122.3-cü, 128.3-cü, 130.1-1-ci, 144.1.4-cü, 150.3.3-cü maddələrində, 150.3-1-ci maddəsinin ikinci hissəsində, 150.3-4-cü, 150.3-5-ci, 150.3-6-cı, 160.4-cü, 164.1.7-ci, 164.1.10-1-ci, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.19-cu, 164.1.19-1-ci, 164.1.20-ci, 164.1.25-ci, 164.1.28-ci (birinci və ikinci hallarda), 164.1.31-ci, 164.1.34-cü, 164.1.35-ci, 164.1.36-cı, 164.1.40-cı, 164.1.42-ci, 164.1.46-cı, 164.1.48-ci (hər iki halda), 164.1.49-cu, 164.1.51-ci, 164.1.52-ci, 164.1.53-cü, 164.1.54-cü, 164.1.56-cı, 164.1.56-1-ci, 164.1.60-cı, 164.1.61-ci (hər iki halda), 164.1.62-ci, 165.1.7-ci (hər iki halda), 165.1.9-cu, 165.3-cü maddələrində, 165.5-ci və 165.6-cı maddələrinin birinci cümlələrində, 175.9-cu maddəsində, 175.13-cü maddəsinin ikinci cümləsində, 194.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 199.4.1-1-ci, 199.7-ci, 199.8-ci, 199.16-cı (hər üç halda), 199.17-ci, 207.3-cü, 207.4-cü, 207.7-ci (hər üç halda), 207.10-cu, 218-1.1.7-ci maddələrində, 221.4.7-ci maddəsinin birinci cümləsində, 221.4.13-cü maddəsinin birinci cümləsində, 222.3-cü maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci, 224.4-cü, 224.11-ci maddələrində, 225.3-cü maddəsinin birinci cümləsində və 227.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.1.2. 1.2-ci bəndə “164.1.48-ci (birinci halda),” sözlərindən sonra “, 164.1.51-ci,” sözləri əlavə edilsin;

4.1.3. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.7. həmin Məcəllənin 2.8-ci, 13.2.80-ci (birinci halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.2.84-cü, 14.3.3-cü, 15.1.15-ci (birinci halda), 15.1.15-4-cü, 16.1.8-ci (birinci halda), 16.1.11-13-cü (birinci halda) maddələrində, 22-1.1-ci maddəsinin ikinci cümləsində, 33.8-1-ci, 50-2.1-ci, 71-1.3-cü, 71-2.2-ci, 71-3.2-ci, 77.5-ci (birinci halda), 77.6-cı (birinci halda), 77.7.2-ci, 77.7.3-cü maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 90.3-1-ci, 98.2.7-ci, 101.1-4-cü, 102.1.14.33-cü, 102.1.37-ci, 106.1.18-ci (birinci halda), 106.1.31-ci, 108.4-cü, 108.5-ci, 111.4-cü, 119.2-ci, 164.1.7-ci, 164.1.25-ci, 164.1.31-ci, 164.1.34-cü, 164.1.46-cı, 164.1.60-cı, 165.1.9-cu, 175.9-cu maddələrində, 194.1-ci maddəsinin birinci cümləsində, 199.4.1-1-ci, 199.17-ci, 207.10-cu, 222.5.9-cu, 222.7-ci, 224.11-ci maddələrində və 227.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.1.4. 1.8-ci bənddən “83.9-cu,”, “98.3-cü, 102.1.14.1-ci,” və “109.3-cü,” sözləri çıxarılsın;

4.1.5. 1.10-cu bəndə “164.1.54-cü” sözlərindən sonra “maddələrində, 175.13-cü maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

4.1.6. 1.12-ci bənddə “13.2.82-ci maddəsinin ikinci” sözləri “13.2.82-ci maddəsinin üçüncü” sözləri ilə, “85.11-ci (hər iki halda)” sözləri “85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində” sözləri ilə əvəz olunsun və həmin bəndə “16.1.11-12-ci (ikinci halda),” sözlərindən sonra “16.1.11-13-cü (ikinci halda),” sözləri əlavə edilsin;

4.1.7. 1.23-cü bənddə “və 164.1.61-ci (birinci halda)” sözləri ”, 164.1.61-ci (birinci halda) və 164.1.62-ci” sözləri ilə əvəz edilsin;

4.1.8. 1.33-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.33. həmin Məcəllənin 164.1.19-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur;”;

4.1.9. aşağıdakı məzmunda 1.33-1-ci bənd əlavə edilsin:

“1.33-1. həmin Məcəllənin 164.1.19-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;”;

4.2. 2-ci hissənin on beşinci abzası ləğv edilsin.

5. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1048; 2009, № 4, maddə 226; 2022, № 12, maddə 1437) 2-ci hissəsi ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448, № 10, maddə 1136, № 12, maddə 1438; 2023, № 1, maddə 89, № 2, maddə 245, № 3, maddə 359, № 4, maddə 474, № 6, maddə 781, № 7, maddələr 938, 959) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 10-cu bəndində “qeydiyyatı və qeydiyyatdan” sözləri “uçotu və uçotdan” sözləri ilə əvəz edilsin.

7. Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2023-cü il 

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43