07 yanvar 2024, 17:30

Anar Səmədovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident!

Minlərlə vətəndaşın arzusu, istəyi Sizin tapşırıq və göstərişinizlə müsbət həllini tapıb. Mən də həmin vətəndaşlardan biriyəm.

Mənim ailəm 9 nəfərdən ibarətdir, aztəminatlı ailədir. Ailədə təkcə mən işləyirəm. Dövlətimizin diqqət və qayğısı sayəsində çətinliklərə sinə gərir, xoş güzəran sürür, gələcəyə ümidlə baxırıq. Çoxuşaqlı ailə olaraq, dövlət tərəfindən müavinətlə təmin edilmişik.

Cənab Prezident, Allah Sizi dadımıza yetirib. Ailəmiz ömür boyu Sizə minnətdar olacaqdır. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Səmədov Anar

Azərbaycan Respublikası, Yevlax şəhəri.