09 yanvar 2024, 12:12

Tahir Fərzalıyevdən, Kürdəmir, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Qarabağımızın xilaskarı cənab İlham Əliyev.

Sizin uzaqgörən siyasətiniz nəticəsində qurduğunuz qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və biz – Azərbaycan xalqı öz doğma Qarabağımıza qovuşduq. Bunun üçün Sizə böyük minnətdarlığımı bildirirəm. Allah yardımçınız olsun.

Sizə – 30 illik həsrətə son qoyan, Azərbaycan xəritəsini bütövləşdirən, Qarabağı yağı düşməndən azad edən Prezidentimə təşəkkür edirəm.

İlhamla irəli, Azərbaycan!

Hörmətlə,

Fərzalıyev Tahir.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Sovla kəndi.