16 yanvar 2024, 15:00

Nicat Əliyevdən, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən və ailəm Sizin yürütdüyünüz uğurlu siyasəti hər zaman dəstəkləyirik. Cənab Prezident, Sizin gördüyünüz işlər burda yazmaqla bitməz. Bu gün ölkəmiz dünyanın siyasi arenasında, nüfuzlu dövlətlər arasında öz layiqli yerini tutur. Bütün bunlar bizləri çox qürurlandırır və sevindirir.

Allahdan Sizə və ailənizə cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Azərbaycan Xalqı!

Hörmətlə,

Əliyev Nicat.

Azərbaycan Respublikası, Göygöl rayonu, Murovdağ qəsəbəsi.