16 yanvar 2024, 17:26

Qurbanəli Babaşovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin komandanlığınızla 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağımız düşmən işğalından tam azad olundu. Antiterror tədbirlərindən sonra Xankəndi və ətraf rayonlarda şanlı bayrağımızı ucaltmağınız, hərbi parad və futbol oyunları keçirməyiniz Sizi bütün Türk dünyasının qəhrəmanı kimi tanıtdı. Xalqımız və dünya azərbaycanlıları Sizinlə fəxr edir. Siz qəhrəman Ordumuzla tarixdə misli görünməyən Zəfər çalaraq adınızı qızıl hərflərlə yazdırdınız.

Cənab Prezident, əminəm ki, növbədənkənar Prezident seçkilərində Şamaxı sakinləri Sizə səs verəcəkdir. Çünki hər şey göz qabağındadır. Bu ölkədə Sizin alternativiniz yoxdur. Ulu Öndərin layiqli davamçısı kimi Sizin bu xalqa, bu millətə, bu dövlətə etdiyiniz xidmətlərə görə təşəkkürümü bildirirəm.

Sizə ailənizlə birlikdə uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Qurbanəli Babaşov, 2-ci dərəcəli "Əmək" ordenli.

Azərbaycan Respublikası, Şamaxı rayonu, Məlcək kəndi.