17 yanvar 2024, 11:45

Qasım Kərimovdan, Kursk, Rusiya

Hörmətli cənab Prezident.

Yaxın gələcəkdə Azərbaycanda güclü və etibarlı Liderin qalib gələcəyi növbədənkənar prezident seçkiləri keçiriləcək. Rusiyanın Kursk vilayətində yaşayan azərbaycanlılar Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə namizədliyinizi dəstəkləyirlər. Biz də bütün Azərbaycan xalqı kimi, ürəyimizin səsi ilə Vətənimizin bu gününü və gələcəyini Sizə əmanət edirik. Siz Prezident kimi həmişə xalqın yanında olmusunuz və ölkədə baş verən hər şeyin məsuliyyətini öz üzərinizə götürmüsünüz. Sizin bütün fəaliyyətiniz hər bir azərbaycanlıya aydın olan prinsiplərə əsaslanır: ədalət, dürüstlük, prinsipiallıq və aşkarlıq.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilaskarı oldu, Siz isə müstəqilliyimizin möhkəmləndirilməsində onun yolunu layiqincə davam etdirirsiniz.

Sizin idarəçilik bacarığınız və qətiyyətiniz sayəsində Azərbaycan bütün dünyada nüfuz qazanıb. Xalqa, Vətənə xidmət yolundakı fəaliyyətiniz sayəsində adınızı tarixə yazdırdınız.

Bu gün Azərbaycan Qarabağ bölgəsində yenidənqurma işlərini heyrətamiz miqyasda davam etdirir. Biz fəxr edirik ki, tarixi Vətənimiz dünyada nüfuz sahibidir və əminik, Azərbaycan xalqı yalnız Sizinlə ölkəmizi daha da inkişaf etdirəcəkdir.

Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram!

Hörmətlə,

Kərimov Qasım, ictimai xadim, Kursk Cənub-Qərb Dövlət Universitetinin dosenti.

Rusiya Federasiyası, Kursk şəhəri.