ATƏT-in Baş katibi Helqa Maria Şmiddən

09 fevral 2024, 12:26

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim.

Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm.

Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Helqa Maria Şmid

ATƏT-in Baş katibi