Qazaxıstanda fəaliyyət göstərən Ümumdünya Türk Xalqları Assambleyasının sədri Yermentay Sultanmuratdan

13 fevral 2024, 10:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Ümumdünya Türk Xalqları Assambleyası ümumtürk təşkilatının üzvləri – Türk superetnosu birliyinin və türk sivilizasiyasının dirçəlişi konseptual–nəzəri əsaslarının müəllifləri olaraq Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik.
Öz ləyaqətli oğlunu, yeni zirvələrin fəthinin təminatçısını seçən bütün Azərbaycan xalqını da təbrik edirik.

Qardaş Azərbaycan xalqı Ümummilli Lider, Türk dünyasının görkəmli xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyərək Sizin rəhbərliyinizlə sosial–iqtisadi inkişaf, dövlətçiliyin möhkəmləndirilməsi sahələrində böyük uğurlara nail olub.

Sizin hakimiyyətdə olduğunuz illər Azərbaycan xalqının tarixində, Türk dünyasının birliyi və dirçəlişində çox mühüm mərhələdir.
Bu nailiyyətlər həlledici məqamlarda özünü qeyri-adi şəkildə göstərən və Sizə xas olan yüksək mədəniyyət, diplomatik məharət, təmkin, sərkərdəlik keyfiyyətləri sayəsində əldə edilib. Məhz bu keyfiyyətlər sayəsində işğalçı Ermənistanla çox çətin Vətən müharibəsini tam Qələbə ilə başa çatdırmaq mümkün olub.

Bəzi ölkələrin bacarıqsız rəhbərlər üzündən öz sərvətlərini, torpaqlarını itirdiyi bir vaxtda Siz böyük Azərbaycanın Bayrağını ölkənin bütün guşələrində ucaltdınız. Xalq güclü birlik, vətənpərvərlik nümayiş etdirdi, Azərbaycan Ordusu Qarabağda ildırımsürətli Qələbə qazandı. Buna görə də Şuşa şəhərini azad etmiş döyüşçülər bizim Assambleyanın yüksək mükafatları ilə təltif olundular. Şübhəsiz ki, Türk dünyasında böyük ruh yüksəkliyinə, sevincə səbəb olan bu hadisələr dünyanın hərb tarixinin salnaməsinə daxil ediləcəkdir. Bütün bu uğurlar görkəmli Lider, mahir sərkərdə olaraq Sizin müdrikliyiniz, xalqın birliyi sayəsində qazanıldı. Ona görə də Assambleyamız Sizi əfsanəvi türk sərkərdəsi “Kültigin” adına “Türk dünyasının Bahadırı” qızıl medalı ilə təltif edib.

Bizim nümayəndə heyətimiz Sizi şəxsən xüsusi mükafatla təltif etməyimiz münasibətilə təbrik edəcəyi, Sizinlə qiymətli fikirləri bölüşəcəyi günü səbirsizliklə gözləyir.

Xalqınız haqlı olaraq Sizi gələcəyə baxan böyük Azərbaycanın Prezidenti seçdi.

Yaşasın Azərbaycan!

Yaşasın görkəmli Prezident İlham Heydər oğlu Əliyev!

Yaşasın Türk birliyi!

Hörmətlə,

 

Yermentay Sultanmurat

Qazaxıstanda fəaliyyət göstərən Ümumdünya Türk Xalqları Assambleyasının sədri

SƏNƏDLƏR Fərmanlar 01 may 2024
14:30
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

01 may 2024, 14:30
SƏNƏDLƏR Qanunlar 01 may 2024
14:24
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində...

01 may 2024, 14:24
SƏNƏDLƏR Sərəncamlar 01 may 2024
14:22
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1110-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının...

01 may 2024, 14:22
SƏNƏDLƏR Qanunlar 01 may 2024
14:20
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində...

01 may 2024, 14:20