ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandovdan

13 fevral 2024, 12:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Şimali Amerikanın Mərkəzi Asiya mənşəli 80 min Buxara yəhudisi adından 2024-cü il fevralın 7-də keçirilən demokratik seçkilərdə qazandığınız yeni qələbə münasibətilə səmimi təbrikləri qəbul etməyinizi xahiş edirəm.

Sizin inamlı qələbəniz, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz həyatın bütün sahələrində demokratik dəyişikliklərin dərinləşdirilməsi üzrə kursunuzun gələcəkdə də həyata keçirilməsinə zəmin yaradır. Şübhəsiz ki, Siz beynəlxalq əməkdaşlığa yeni impuls verirsiniz və ölkəni inkişaf etmiş demokratik dövlət quruculuğu yolu ilə inamla irəli aparırsınız.

Ölkənin yenidən seçilmiş Prezidenti olmaq həqiqətən də qürurvericidir və bütün dünyaya özünün beynəlxalq səviyyədə tanınan universallığını göstərir. Bu gün respublikada hüquqi bərabərlik, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların azadlığı üçün hər cür şəraitin yaradılması bizi sevindirir.

Biz amerikalılarla görüşlərimiz zamanı və Amerika mediasında çıxışlarımızda Azərbaycanın həyatında müsbət dəyişiklikləri məmnunluqla diqqətə çatdırırıq və xalq diplomatiyasının imkanlarından istifadə edərək ABŞ ilə Azərbaycan arasında dostluq körpüsü rolunu oynamaqda davam edirik.

İstəyirik ki, Sizin həyatınız gələcəkdə də müdrikliklə və məğlubedilməzliklə zəngin olsun. Qoy, bu seçkilər respublikanın yeni zirvələr fəth etməsi yolunda yeni mərhələ olsun!

Sizi bir daha səmimi-qəlbdən təbrik edirik. Azərbaycana gələcəkdə də tərəqqi arzulayırıq.

Sizə və ailənizə möhkəm cansağlığı, əmin-amanlıq və dövlət başçısı kimi məsuliyyətli vəzifənizdə uğurlar diləyirəm.

Sizə dərin ehtiramıma əmin ola bilərsiniz.

Səmimiyyətlə,

 

Boris Kandov

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti

SƏNƏDLƏR Fərmanlar 01 may 2024
14:30
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

01 may 2024, 14:30
SƏNƏDLƏR Qanunlar 01 may 2024
14:24
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində...

01 may 2024, 14:24
SƏNƏDLƏR Sərəncamlar 01 may 2024
14:22
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1110-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının...

01 may 2024, 14:22
SƏNƏDLƏR Qanunlar 01 may 2024
14:20
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində...

01 may 2024, 14:20