İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun təkbətək görüşü olmuşdur

12 oktyabr 2012, 10:30
İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun təkbətək görüşü olmuşdur

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi, iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photo