İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin İdarə Heyətindən

15 fevral 2024, 12:31

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.

2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏTGF) təsis edilməsi ilə bağlı Baş Assambleyanın keçirilməsinə mühüm dəstəyiniz İƏT ölkələri gənclərinin inkişafı və birliyinin gücləndirilməsində Zati-alinizin qəti mövqeyinin göstəricisidir. 2010-cu ildə Azərbaycan hökuməti tərəfindən İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq qurum kimi İƏTGF-nin Avrasiya Regional Mərkəzinə Bakıda ev sahibliyinin edilməsi və dəstəklənməsi regionumuzun liderləri üçün gözəl nümunədir. Zati-alinizin İƏTGF-nin beynəlxalq təşkilat kimi yaradılması və institusionallaşması üçün verdiyi dəstəkdən qürur duyur, bunu Azərbaycan Respublikasının İƏT-ə mühüm töhfəsi hesab edirik. Biz İƏTGF Avrasiya Regional Mərkəzinin İdarə Heyəti olaraq Zati-alinizin etimadı, dəstəyi və qardaş Azərbaycana rəhbərliyi ilə fəxr edir və davamlı olaraq bu etimadı doğrultmaq üçün çalışırıq.

Sizin Azərbaycanda 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyiniz və həmin il Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam coğrafiyası üçün mühüm hadisələrdən biri idi.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın bütün əraziləri üzərində tam suverenliyini və hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycan tarixində deyil, İslam ölkələri tarixində də son iki yüz ildə əldə edilmiş ilk və böyük uğurdur.

Şuşa şəhərinin bu il İslam dünyasının mədəniyyət paytaxtı və İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçilməsi Sizin müsəlman dünyasında nüfuzunuzun bariz göstəricisidir. İnanırıq ki, bu il Azərbaycan, xüsusilə Şuşa şəhəri müsəlman gənclərinin həmrəylik mərkəzinə çevriləcəkdir.

Möhtərəm Prezident, İƏT ölkələrinin həmrəyliyinə dəstək verən və qardaş Azərbaycanı inkişaf etdirən fəaliyyətinizə görə Sizə təşəkkür edir, ən xoş arzularımızı bildirmək şərəfinə nail oluruq.

Zati-alinizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uğurlar diləyirik. Ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya
Regional Mərkəzinin İdarə Heyəti:

 

Elçin Əsgərov – İdarə Heyətinin sədri

 

İdarə Heyətinin üzvləri:

 

Abdulaziz Muminov (Özbəkistan)

Askar Şaikidinov (Qırğızıstan)

Vajiha Haris (Rumıniya)

Janat Çukeyev (Qazaxıstan)

Akerke İskanderova (Qazaxıstan)

Fsahat Ul-Hassan (Pakistan)

Aygül Qabdrahmanova (Tatarıstan)

Rafiq İsmayılov – baş direktor

Vüsal Qurbanov – baş direktor

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43