İlham Əliyevin və Pakistan Prezidenti Asif Əli Zərdarinin görüşü olmuşdur

16 oktyabr 2012, 13:20
İlham Əliyevin və Pakistan Prezidenti Asif Əli Zərdarinin görüşü olmuşdur

Prezident İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin görüşü olmuşdur. 

Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII Zirvə Toplantısının region ölkələri arasında əməkdaşlığın bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik bildirildi. İkitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi və bu istiqamətdə birgə fəaliyyətin zəruriliyi vurğulandı.

Bir sıra sahələrdə birgə layihələrin həyata keçirilməsinin vacibliyinin vurğulandığı görüşdə kənd təsərrüfatı və bank sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olundu. İkitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00