Azərbaycanın bir qrup energetikinə “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 oktyabr 2012, 18:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Mühəndis” fəxri adı verilsin:

Hümbətov Fərail Topuş oğlu
Hüseynov İftixar Hüseyn oğlu
İlyasov Osman Vəli oğlu
Şahhüseynov Əhmədiyyə Veysəl oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2012-ci il.