06 mart 2024, 12:16

Elnur İmamverdiyevdən, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu məktubu Sizə yazmağıma səbəb 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərdə qələbə qazanmağınız münasibəti ilə Sizi səmimi-qəlbdən təbrik etməkdir. Bu qələbəniz münasibətilə Sizə ən xoş diləklərimiz yetirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Siz həmişə xalqın yanında olmusunuz, biz aztəminatlı ailələrin üzvlərinə dayaq durmusunuz. Görülən məqsədyönlü işlər sayəsində sosial rifahımız get-gedə yaxşılaşır. Torpaqlarımız azad, başımız uca, alnımız açıqdır. Odur ki, Sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Elnur İmamverdiyev

Azərbaycan Respublikası, Kürdəmir şəhəri.