06 mart 2024, 12:27

Şahin Əliyevdən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış müdrik, uzaqgörən daxili və xarici siyasətinizi dəstəkləyirəm. Məhz bu siyasətiniz sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Sizə minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Şahin Əliyev.

Azərbaycan Respublikası, Salyan rayonu, Peyk kəndi.