06 mart 2024, 12:38

Elnarə Məmmədovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi müstəqillik dövründə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Şəki Dövlət Regional Kollecinin gənc kollektivi və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Siz, Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daima tərəqqiyə doğru aparırsınız. Qətiyyətli addımlarınız, prinsipial mövqeyiniz nəticəsində Azərbaycan Respublikasının dünya dövlətləri arasında nüfuzu gündən-günə artır. Bu tarixi hadisələrə şahidlik etməyimiz bizi çox qürurlandırır.

Cənab Prezident, Sizə şərəfli və məsuliyyətli vəzifənizdə uğurlar arzulayır, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər diləyirik.

Hörmətlə,

Məmmədova Elnarə Arif qızı,

Şəki Dövlət Regional Kolleci.

Azərbaycan Respublikası, Şəki şəhəri.