06 mart 2024, 12:49

Elçin Zeynalovdan, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi rayonumuzun sakinləri adından səmimi-qəlbdən təbrik edirəm.

Sizin apardığınız məqsədyönlü siyasət Azərbaycan tarixinin qızıl dövrünü əks etdirir. Azərbaycan Xalqı dövlətimizin inkişafı, insanların rifahı üçün gördüyünüz işləri yüksək qiymətləndirir. Sizin adınıza nə qədər xoş sözlər deyilsə, yenə də azdır.

Siz bizim 30 illik Vətən həsrətimizə son qoydunuz. Biz bir daha əmin olduq ki, öz liderimizə səs verməkdə yanılmamışıq. Hər bir Azərbaycan vətəndaşı Sizin apardığınız siyasəti dəstəkləyir və ətrafınızda sıx birləşib.

Möhtərəm cənab Prezident, doğma Laçınımızda Sizinlə görüşməyi arzu edirəm. Mən ümid edirəm ki, biz də digər həmvətənlərim kimi tez bir zamanda Laçın rayonunun Qorçu kəndinə qayıdacağıq. Sizi orada qarşılayacağımız günü səbirsizliklə gözləyirik.

Bir daha qələbəniz münasibətilə Sizi təbrik edir, Sizə cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Elçin Saleh oğlu Zeynalov

Azərbaycan Respublikası, Laçın rayonu, Qorçu kəndi.