06 mart 2024, 13:00

Fikrət Rzayevdən, Qubadlı, Azərbaycan

Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi Qubadlı rayonunun Tatar, Qaraqoyunlu, Qiyaslı kəndlərinin sakinləri adından təbrik edirəm.

Siz doğma Qarabağımızda 30 illik işğala son qoyaraq tarixi ədaləti bərpa edən qalib xalqın qalib Lideri kimi Azərbaycan tarixinə adınızı əbədi yazdınız. Qətiyyətli siyasətiniz və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan Respublikası öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Bizi doğma yurd-yuvamıza qaytaran dahi şəxsiyyətə, müdrik siyasətçiyə, qalib sərkərdəyə – Sizə eşq olsun!

Möhtərəm cənab Prezident, seçkilərdəki qalibiyyətiniz münasibətilə bir daha Sizi təbrik edir, gələcək fəaliyyətinizdə Sizə böyük nailiyyətlər və uğurlar arzulayıram.

Allah Sizi və Ordumuzu qorusun!

Hörmətlə,

Fikrət Hüseyn oğlu Rzayev

Azərbaycan Respublikası, Qubadlı rayonu, Tatar kəndi.